Türkiyə ordusu Suriyada PYD/YPG mövqelərinə artilleriya zərbələri endirib

13.01.2018 16:20

Bu gün Türkiyə ordusu Suriyada PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin nəzarətində olan Afrin vilayətində terror təşkilatının mövqelərinə artilleriya zərbələri endirib.

Xezerxeber.az-ın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsində yerləşən Oğulpınar sərhəd-keçid məntəqəsi yaxınlığından fasilələrlə Afrindəki PYD-YPG mövqelərinə artilleriya zərbələri endirilib.

Günortadan sonra başlayan top atışları Reyhanlı qəsəbəsində də eşidilib.

© xezerxeber.az


296 dəfə oxunub

XƏBƏRLƏR

20.10.2018 14:07

İranda nazir istefa verdi

ÇOX OXUNANLAR