“Jaguar Land Rover” 9 minə yaxın avtomobilini geri çağırır

13.01.2018 15:47

Böyük Britaniyanın "Jaguar Land Rover” şirkəti Çin bazarından 8952 avtomobilini təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır. AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Qüsurlara görə avtomobillərin geri çağırılması üçün administrasiyaya "Jaguar Land Rover” şirkəti müraciət edib. Geri çağırılan avtomobillər 2012-ci ilin iyunundan 2013-cü ilin oktyabrınadək olan dövrdə istehsal edilən "Jaguar XF” avtomobilləridir. Geri çağırma prosesinə yanvarın 19-dan başlanılacaq və qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR