Azərbaycan millisinin üzvü Çempionlar Liqası görüşünün ən məhsuldar oyunçusu olub

13.01.2018 14:00

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova İstanbulun "Fənərbağça” klubunun heyətində Çempionlar Liqası çərçivəsində İtaliyanın "Novara” komandasına qarşı keçirilən matçda iştirak edib.

Xezerxeber.az məlumat verir ki, oyunda P.Rəhimova 33 xal yığaraq görüşün ən məhsuldar oyunçusu olsa da, komandası 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, iki turdan sonra "Fənərbağça” 4 xalla qrupda ikinci yerdə qərarlaşıb.

© xezerxeber.az


299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR