Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Kollec tələbələrinin biliyinin qiymətləndirilməsi proseduru dəyişdi - VİDEO

12.01.2018 21:59

Kolleclərdə təhsil alan tələbələrin xeyrinə yeni dəyişikliklər edilib.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr akademik borcları yarandıqda həmin dərs üçün əlavə vəsait ödəyib, sonra imtahana girməli idilər. Ancaq indi bu vəsaitin cəmi 25 faizini ödəməklə hər semestr iki fəndən imtahan verə biləcəklər. Bu, Nazirlər Kabinetinin yeni təsdiqlədiyi qaydalarda öz əksini tapıb.

Ancaq bu dəyişiklikdə diqqət ediləcək digər məqamlar da var.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirir ki, imtahana girmək hüququ yalnız dərslərdə iştirak edən tələbələrə aid edilir. Bundan başqa, əgər tələbə hər semestrdə 2 fəndən imtahan verməklə təhsilini müəyyən olunan müddətdə başa vura bilmirsə, onda köhnə qaydalar tətbiq olunur.

Onun sözlərinə görə, artıq yeni qaydalar qüvvədədir. Buna görə bütün orta ixtisas təhsil müəssisələrində oxuyanlar bu qaydalardan faydalanıb, akademik borclarını yeni semestr başlayana qədər ödəyə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© xezerxeber.az


632 dəfə oxunub

ÇOX OXUNANLAR