Adı "Qırmızı kitab"a düşən quşu ölkədən çıxarmaq istəyərkən yaxalandı - VİDEO

12.01.2018 20:45

Gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun sərhəddən qeyri-qanuni yolla çıxarılması cəhdinin qarşısını alıblar.

Xezerxeber.az-ın məlumatına görə, qaçaqmalçılıq halı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınıb. Belə ki, Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.

Lakin gömrük əməkdaşları xüsusi skayner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alaraq eyniləşdirmə apararkən sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi məlum olub.

İlkin araşdırma zamanı saxlanılan Qətər vətəndaşı bildirib ki, ov etmək üçün Salyan rayonuna gəlib və həmin şahin quşunu da bir nəfər ona hədiyyə edib. Lakin araşdırma zamanı əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib. Bununla yanaşı, faktla bağlı Bakı Heyvanat Parkına da sorğu göndərilib.

Bakı Heyvanat Parkının rəhbəri Azər Hüseynov deyir ki, bu quşlara əsasən Qafqaz sıra dağlarında, Quba-Xızı dağlarında və Altıağac zonasında daha çox rast gəlinir. Ərəblər bu quşdan daha çox ov aləti kimi istifadə edirlər.

Faktla bağlı Dövlət Kömrük Komitəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


424 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR