"Qarabağ"ın daha bir legioneri getdi

12.01.2018 17:18

"Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi yeni kluba transfer olunur.

Norveçli futbolçu İsveçin AİK klubuna keçəcək.

Yunanıstan təmsilçisi bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istəyib. Transferlə bağlı məsələlərin yaxın günlərdə yekunlaşacağı bildirilir.

Qeyd edək ki, uzun müddətdir zədəli olan 29 yaşlı yarımmüdafiəçi ötən ilin yayında "Qarabağ"a transfer edilib və müddət ərzində cəmi 8 oyunda forma geyinib.

"Transfermarkt” Tarıka 1,5 milyon avro qiymət qoyub.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR