Beyləqandakı güllələnmə ilə bağlı cinayət işi açıldı

12.01.2018 14:52

Beyləqan rayon sakini Əli Bayramovun yanvarın 11-də güllə yarası alması barədə Daxili İşlər Nazirliyinin (DİN) "102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Ə.Bayramov xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Bayramov ilə Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayev arasında münaqişə baş verib. Bu zaman M.Mustafayev ov tüfəngi ilə atəş açaraq Ə.Bayramovu yaralayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

© xezerxeber.az


305 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR