Baş məşqçi mətbuat konfransına belə çıxdı - VİDEO

07.12.2017 14:31

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Ukraynanın "Şaxtyor Donetsk” komandası "Mançester Siti”ni qonaq edib.

Bu mövsüm Quardiolanın başçılığı ilə Çempionlar Liqasında 5/5 edən "Mançester Siti”nin qalibiyyət seriyasını ukraynalı təmsilçilər pozub.

Matçın 2:1 hesabı ilə başa çatmasına baxmayaraq, "Mançester Siti” F qrupunu lider kimi tərk edib.

Qrup püşkatması zamanı ""Mançester Siti” və "Napoli” komandalarının olduğu qrupdan çıxarsaq, Zorro obrazının geyimini geyinəcəm” deyən Ukrayna təmsilçisinin baş məşqçisi Paulo Fonseka vədinə əməl edib və mətbuat konfransına Zorronun geyimi ilə çıxıb.


© xezerxeber.az


89 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR