Xırdalanda GÜCLÜ YANĞIN: 36 nəfər təxliyə edildi, 9 nəfər ZƏHƏRLƏNDİ

07.12.2017 13:59

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, binanın 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb. Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Respublika Toksikologiya Mərkəzindən verilən məlumatda bildirilib ki, tüstüdən zəhərlənmə ilə yerləşdirilənlərin ümumi vəziyyəti ağır olmayıb:

"Onların əksəriyyətinə yardım göstəriləndən sonra evə buraxılıb. Hazırda şöbədə yalnız 3 nəfər stasionar müalicəyə cəlb edilib. Onlara da lazımı tibbi yardım edilir. Bu gün axşam saatlarında vəziyyətlərinə uyğun olaraq evə buraxılacaqlar”.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR