At yiyəsinin dilini başa düşür: Ata tapşırıq verir, o da yerinə yetirir - VİDEO

06.12.2017 20:59

At ən işlək və ağıllı heyvanlardan biri sayılır. Hətta uzun müddət səy göstərməklə ata necə deyərlər dil də öyrədə bilərsiniz. İndi təqdim edəcəyimiz süjetdə bunun şahidi olacaqsınız. At yiyəsinin dilini başa düşür və arabaya qoşulmaq üçün özü arabanın yanına gedib hazır gözləyir. Qax sakini öz atına əmrləri yerinə yetirməyi öyrədib.

Ata tapşırıq verir, o da yerinə yetirir.

Heyvan yiyəsinin dilini başa düşür və arabaya qoşulmaq üçün özü arabanın yanına gedir.

Maraqlı kadırlar Qax rayanunun Lələli kəndində qeydə alınıb.Votsap nömrəmizə atının məharətini çəkib göndərən Qəzənfər Xəlilovu yaşadığı kəndə gedərək tapdıq və atın sahibinin əmirlərini yerinə yetirməsinə şahid olduq. 3 yaşlı "Mişka" ləqəbli at bir sıra əmirləri başa düşür. Boyunluq və yəhər taxıldıqdan sonra at artıq növbəti əmri gözləyir ki, arabanın yanında hazır dayansın.

Ən maraqlısı odur ki, qoşquya hazırlandığı zaman sadəcə "get" əmri verilir və at arabaya qoşulmaq üçün hazır vəziyyət alır.

Qəzənfər deyir ki, bundan sonra da ata yeni əmirlər öyrədəcək.

© xezerxeber.az


280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR