Xəzər Xəbər

35 yaşınadək "elmlər doktoru" alana MÜKAFAT veriləcək MƏBLƏĞ AÇIQLANDI - VİDEO

Veb TV | 20:53 • 22 Noyabr 2017
35 yaşınadək "elmlər doktoru" alana MÜKAFAT veriləcək

Ölkəmizdə elmin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Xüsusilə gənc alimlərin fəaliyyəti stimullaşdırılır, bu dəfə isə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elmlər doktoru elmi dərəcəsi alacaq şəxslərə şad xəbərimiz var. Belə şəxslərə birdəfəlik pul mükafatı veriləcək.

Gənc alimlərin stimullaşdırılması üçün addımlar atılır. Belə ki, elmlər doktoru elmi dərəcəsi alan şəxslərə birdəfəlik pul mükafatı veriləcək. Amma bu zaman elmi dərəcə alanların yaşı nəzərə alıncaq. Bu qərar Elmlər Akademiyanin Rəyasət Heyəti tərəfindən verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının şura sədri Famin Salmanov deyir ki, hazırda yaşı 35-ə qədər olan 5 elmlər doktoru var. Amma sözügedən qərar onların elmi dərəcə almasından sonra verildiyindən həmin şəxslər pul mükafatı ala bilməyəcəklər.

Şura sədrinin sözlərinə görə hazırda gənc elmlər doktolarının sayı çox azdır. Gözlənilir ki, birdəfəlik pul mükafatının verilməsi onların sayının artmasına gətirib çıxaracaq.

Hazırda ölkəmizdə 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Elmlər Akademiyasının payına düşür. Pul vəsaitinin elmi fəaliyyətə sərf ediləcəyini nəzərə alsaq, bu qərarın elmin də inkişafına töhvə verəcəyini söyləmək olar.

Xəbər lenti

Çox oxunanlar