Çin orbitə yeni peyk buraxdı - Təbii fəlakətlərdən öncədən xəbərdar olmaq üçün

15.11.2017 12:38

Çin orbitə yeni peyk buraxıb.

Ölkə orbitdəki peyklərinin sayını artırmaq məqsədilə daha bir meteoroloji peyk olan "Fenyun-3d"-ni peykini orbitə çıxarıb.

2013-ci ildə orbitə buraxılan "Fenyun -3с" peyki ilə birlikdə müşahidə aparacaq "Fenyun-3d" atmosferdəki vəziyyəti daha dərindən tədqiq etməyə imkan yaradacaq.

Meteoroloji peyk eyni zamanda, təbii fəlakətlər haqqında öncədən informasiya almağa yardımçı olacaq.

"Fenyun-3d" peyki "Çançjen" seriyalı daçıyıcı raketlərin sayca 254-cü olub./olke.az

© xezerxeber.az


27 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR