Fələstin lideri vəliəhd şahzadənin ultimatumuna CAVAB VERDİ

15.11.2017 12:36

Fələstin lideri Mahmud Abbas Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın "ya ABŞ-ın planını qəbul et, ya da istefa ver” ultimatiumuna cavab verib.

M.Abbas ABŞ-ın Orta Şərq sülh planının qəbul edilməsinə dair hər hansı təzyiqə məruz qalmadığını bildirib və iddiaları rədd edib.

Fələstin hökumətinin səlahiyyətli şəxsləri də liderin reaksiyasını təsdiqləyərək onun Riyaddakı görüşlərinin son dərəcə müsbət keçdiyini bildiriblər.

Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas keçən həftə Səudiyyə Ərəbistanına sürpriz səfər etmişdi. Ondan bir neçə gün öncə isə ABŞ prezidenti Donald Trampın məsləhətçisi Cerard Kuşner Riyada gedərək vəliəhd şahzadə ilə "Orta Şərq sülh planı”na dair müzakirələr aparmışdı.

ABŞ sülh planı adı altında işğal edilmiş bölgələrdəki yaşayış yerləri ilə bağlı olaraq İsrailin tələblərinin böyük bir qisminin qəbul edilməsini istəyir./publika.az

© xezerxeber.az


36 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR