Tovuz sakinlərinin bəd nəzərdən qəribə qorunma üsulu - FOTOLAR

15.11.2017 10:45

Tovuz rayonunun "Əmirli eli" adlanan bölgəsində qədimdən qalan qeyri-adi adət bu gün də yaşayır. Rayonun Qaraxanlı, Əlimərdanlı, Cilovdarlı, Xatınlı kəndlərində sakinlər yaşadıqları evlərin ətrafına qoç buynuzu, çaydan, vaza, bakal, nal və digər əşyalar qoyur və bu üsulla evlərinin qorunduğuna inanırlar. Onların fikrincə, bu əşyalar onların evlərini bəd nəzərdən, xain gözdən qoruyur.

Tovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlarTovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlarTovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlarTovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlarTovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlar

Rəvayətə görə, insanlar keçmiş zamanlarda evin ətrafına qoyulan hər hansı bir əşya ilə ailə üzvləri barədə məlumat verirlərmiş. Belə ki, girişində qoç buynuzu asılan evdə kənd ağsaqqalının yaşadığı bildirilərmiş. Evin hasarına qoyulan çaydan isə həmin evdə subay qızın varlığına işarə edirmiş. Lakin zaman keçdikcə bu işarələr hamısı bir mənada – nəzər qaytarmaq anlamında formalaşıb.

Qaraxanlı kəndinin yaşlı sakinlərindən olan Münəvvər nənə keçmişdə yuxarıda sadaladıqlarımızdan əlavə evlərin qarşısından tısbağa çanağı, müxtəlif vəhşi heyvanların kəllə skeletləri, hətta qurbağa asanların da olduğunu deyir. O, bütün bunları evə gələn qada-balanın, bəd nəzərin həmin əşyalar tərəfindən dəf edilməsi inancıyla əlaqələndirir.

Sakinlərin bildirdiklərinə görə, divarların üzərinə qoyulan əşyalar sınıq, yararsız və ağır olmalıdır ki, külək və ya digər vasitələr onu yerindən tərpədə bilməsin. İnanca görə, pis niyyətlə həmin evə baxan şəxs yararsız əşyan görən zaman ev sahibi ziyandan uzaq olar.(sputnik)

© xezerxeber.az


704 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR