Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

MİDA ticarət mərkəzi tikəcək

15.11.2017 10:34

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA” MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında yerləşən yaşayış kompleksi ərazisində ticarət mərkəzinin tikintisi məqsədilə potensial imkanlara malik investorları cəlb etmək məqsədilə müsabiqə elan edib.

MİDA-dan XəzərXəbər-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər 300 manat iştirak haqqı ödəməklə müsabiqə şərtlərini 21 noyabr 2017-ci il saat 17:00- dək, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından əldə bilər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Təkliflər 30 noyabr 2017-ci il saat 17:00-dək qəbul olunur.

© xezerxeber.az


370 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR