Rusiyanın Müdafiə Nazirliyi videoyundan edilən skrinşota aydınlıq gətirdi - VİDEO

15.11.2017 10:23

Rusiyanın Müdafiə Nazirliyi 9 noyabr tarixində Əl-Bukəmal şəhərindən qaçarkən İŞİD terrorçularına ABŞ koalisiyasının yardım etməsi ilə bağlı yayılan şəkillərə aydınlıq gətirib. Nazirlik açıqlayıb ki, videoyundan edilən skrinşotlar əslində mülki əməkdaş tərəfindən səhvən məlumata əlavə olunub.

"Rusiya Müdafiə Nazirliyi mülki şəxsin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD terrorçularına dəstək göstərməsi ilə bağlı səhvən yerləşdirdiyi şəkilləri araşdırır",- deyə məlumatda bildirilir.

Nazirlik həmçinin açıqlayıb ki, edilən müraciətə baxmayaraq Əl-Bukəmal şəhərindən qaçan terrorçuların hərəkət etdiyi perimetr üzrə ABŞ tərəfinin zərbə endirməməsi, beynəlxalq koalisiya qüvvələrinin İŞİD-ə göstərdiyi dəstəyin bariz nümunəsidir.

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyinin müraciətində İŞİD terrorçularına ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək göstərməsi barədə məlumat yayılmışdı.

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR