Vağzaldan 35 milyon dollarlıq qiymətli daşlar oğurlandı

15.11.2017 10:20

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Yuston vağzalında qiymətli daşlarla dolu çamadan oğurlanıb.

Oğurlanan əşyaların dəyəri 35 milyon dollara yaxın olub.

Polisin sözlərinə görə, naməlum kişi bu çamadanı qatar Londondan Birmingemə gedən vaxt qaçırıb.

Çamadanın sahibi isə 35 yaşlı zərgərdir.

Oğurluq hadisəsi müşahidə kameralarına düşüb. Oğrunun əynində qara gödəkçə və cins şalvar olub. O, özünü çox şübhəli aparırmış./AzNews.az

© xezerxeber.az


54 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR