Sakinlərin nəzərinə: Paytaxtın bəzi yerlərində su olmayacaq

15.11.2017 10:15

Bu gün paytaxtın bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar noyabrın 15-də gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

© xezerxeber.az


461 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR