ABŞ-dan rəsmi açıqlama: İŞİD-i təslim olması üçün təxliyə etdik

15.11.2017 10:13

ABŞ rəhbərliyindəki İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü polkovnik Ryan Dillon, BBC-nin dünən yaydığı məlumatlara münasibət bildirib.

İngiltərənin BBC kanalının İŞİD ilə PKK/PYD arasındakı müqaviləyə dair xəbəri ilə bağlı sualları cavablandıran Dillon, müqavilə çərçivəsində 3 min 500 İŞİD-çi ailəsinin və 300-dən az sayda isə İŞİD terrorçusunun şəhərdən çıxarıldığını bildirib.

O, qeyd edib ki, bu bir təxliyə əməliyyatı idi və terror təşkilatı mənsublarının təslim olması üçün idi.

Rusiya Müdafiə Nazirliyinin, ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın Suriyanın Əbu Kamal şəhərindən qaçan İŞİD terrorçularına qarşı hücum təşkil etmədiyinə dair iddialarına münasibət bildirən Dillon, "Rusiyanın son zamanlar bəzi uğursuzluqlar yaşadığından dolayı ABŞ rəhbərliyindəki koalisiya haqqında yalanlar uydurur. Rusiya Müdafiə Nazirliyinin açıqladığı demək olar ki, hər şey şübhəli və səhvdir./faktxəbər

© xezerxeber.az


53 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR