Moskvada benzinin qiyməti rekord həddə çatdı

14.11.2017 18:09

Rusiyada benzinin topdan şatış qiyməti noyabrda rekord həddə çatıb.

"Kommersant” qəzeti hazırda ölkədə Aİ-92 markalı benzinin 1 tonunun dəyərinin 2,3% artaraq 42,85 min rubla qalxdığını yazıb. Aİ-95 markalı benzində isə bahalaşma 1,7% olub. Hazırda onun 44,99 min rubla satıldığı vurğulanıb.

Bu göstəricilər 2017-ci il üçün rekord qiymət sayılır.

Bahalaşmaya əsas səbəb kimi "Qazprom neft”ə aid olan Moskvadakı neftayırma zavodunda yerləşən önəmli qurğulardan birinin gözlənilmədən sıradan çıxması göstərilir. Bu isə şirkəti birjadan əlavə benzin almağa məcbur edib./axar.az

© xezerxeber.az


973 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR