Sumqayıtda kişidən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: kirayə tutduğu evə apardı...

14.11.2017 17:13

Sumqayıt şəhərində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəqani Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Tunar dizayn” şirkətində mebel ustası vəzifəsində işləyən Xəqani Hüseynov 2012-ci ildən Ramilə Əsgərova ilə faktiki ər-arvad münasibətlərində olub, 2014-cü ildə rəsmi nikaha girib. Onlar 24 sentyabr 2015-ci il tarixədək birlikdə yaşayıblar.

Qısqanclıq

Xəqani Hüseynov arvadı Ramilə Əsgərovanın başqa kişilərlə yaxın münasibətinin olmasından şübhələnib və bunun üçün onu qısqanclıq zəminində öldürmək qərarına gəlib.

O, noyabrın 5-də, saat 21 radələrində Ramilə Əsgərova ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "Ruzi” marketdən görüşüb. Onlar 5-ci mikrorayon, ev 27, mənzil 40-da əvvəllər birlikdə kirayə yaşadıqları evdən sənədləri götürmək üçün gəliblər.

Boşanma davası

Xəqani Hüseynov bir müddət söhbət etdikdən sonra gecə yarısı arvadına başqa kişilərlə mobil telefonla danışması barədə irad bildirib. Ramilə Əsgərova isə ərinə kobud cavab verib, sonra aralarında yaranmış mübahisə zamanı Ramiləni qəsdən öldürmək niyyətini qətiləşdirib.

16 bıçaq zərbəsi

Bu zaman Xəqani Hüseynov təxminən 1 ay əvvəl Sumqayıt şəhərində yerləşən "Şərq bazarı" ticarət mərkəzindən aldığı bıçaqla Ramilə Əsgərovaya çoxsaylı zərbələr vurub. Ramilə Əsgərovaya 16 ədəd bıçaq xəsarəti yetirən Xəqani Hüseynov onun öldüyünü güman edib və evin giriş qapısını bağlayaraq oradan gedib.

Ramilə Əsgərova sürünərək dəhlizə çıxıb və ucadan kömək istəyib. Bu zaman qonşuluqda yaşayan Rasim Həşimov ora gəlib və Ramilə Əsgərovanı qan içində görüb. O, hadisə ilə bağlı qadının atası Əkbər Əsgərova məlumat verib.

Hökm və narazılıq

Daha sonra Rasim Həşimov təcili yardım çağırıb. Çağırışa gəlmiş həkimlərin vasitəsilə zərərçəkmiş Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın noyabrın 6-da vəfat edib.

Xəqani Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xəqani Hüseynov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Cəzanın ağırlaşdırılması

Həmçinin prokuror da apelyasiya protesti verərək, Xəqani Hüseynovun cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda prokurorun protestini qismən təmin edib və Xəqani Hüseynovun cəzasının ağırlaşdırılması barədə qərar qəbul edib. Qərara görə, Xəqani Hüseynovun cəzası 15 ilə qədər artırılıb. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb.

Qəti cəza: 10 il

Bu qərardan narazı qalan məhkumun müdafiəçisi Əli Mehtiyev kasasiya şikayəti verib. Müdafiəçi Xəqani Hüseynovun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Müdafiəçinin şikayəti Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası müdafiəçinin kasasiya şikayətini təmin edib.

Xəqani Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Məhkəmə onun barəsində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar verib./publika.az

© xezerxeber.az


1852 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR