Bolqarıstan Prezidenti: Biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik

13.10.2017 14:46

Biz "Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik.

XəzərXəbər xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev oktyabrın 13-də Bakıda Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"Energetika bizi uzun illər birləşdirəcək sahədir və biz "Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik. Azərbaycan qazın nəqli mənbələrinin və marşrutlarının inkişafı, onun Cənubi və Mərkəzi Avropada real şaxələnməsinə kömək üçün bu layihənin gerçəkləşdirilməsində həlledici rol oynayır. Biz Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq etdik. Bizim ölkələrimiz regionda strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik”, - deyə R.Radev qeyd edib.

© xezerxeber.az


53 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR