Messi "Mançester Siti"yə keçir - İngiltərə mediası

13.10.2017 14:34

"Barselona”nın futbolçusu Lionel Messi komandasını dəyişmək niyyətindədi. Apasport.az saytı xəbər verir ki, bu barədə "The Sun” nəşri məlumat yayıb.

Bildirilir ki, "Barsa” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq argentinalı hücumçu Kataloniya klubunda qalacağına şübhə edir. Neymarın PSJ-yə keçidi, Ernesto Valverdenin "Barselona”nın baş məşqçisi təyin olunması və Kataloniyanın siyasi vəziyyəti Messini düşünməyə vadar edir. Bu səbəblərə görə 30 yaşlı futbolçu yayda "Mançester Siti”yə keçməyə qarşı deyil.

Qeyd edək ki, "Barselona” rəhbərliyi Messi ilə yeni müqavilə haqda razılığa gəldiklərini açıqlasa da, bu, rəsmi şəkildə hələ təsdiqlənməyib.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR