Aquero komanda ilə məşqlərə başladı

13.10.2017 14:05

"Mançester Siti"nin oyunçusu Serxio Aqüero məşqlərə geri dönüb.

Argentinalı forvard komandaya qoşulub. Bu barədə Reuters məlumat verib.

Mənbənin yazdığına görə, Kun Aquero komanda ilə ümumi məşqlərə başlayıb. Futbolçunun 7-8 həftəyə qayıdacağı iddia olunsa da, bu daha tez baş verib.

Xatırladaq ki, Aquero konsertdən qayıdarkən avtomobil qəzasına uğrayıb və qabırğalarını sındırmışdı

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR