Maradona tarix oldu: YENİ REKORD GƏLİR

13.10.2017 13:38

İtaliya I Futbol Liqası (A seriyası) komandalarından olan "Napoli”nin kapitanı Marek Hamsik klubun əfsanəsi olan Dieqo Armando Maradonanı geridə qoyacaq.

M.Hamsik 14 oktyabrda Roma ilə keçirilən qarşılaşmada qol vurarsa, Maradonanın qol rekordunu təzələyərək həm də yeni rekord qıracaq.

Artıq 11 ildir "Napoli” forması geyinən Marekin hazırda hesabında 114 qol var. Argentinalı ulduz Maradona isə "Napoli” komandasında fəaliyyət göstərərkən 115 qol vurmuşdu.

© xezerxeber.az


655 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR