Neft uğrunda savaş BAŞLADI

13.10.2017 13:31

İraq ordusu Kərkükün Peşmərgədən (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri -red.) azad edilməsi üçün əməliyyata başlayıb.

"Röyters” agentliyi xəbər verir ki, bu haqda İraq Müdafiə Nazirliyindən bildirilib.

Eyni zamanda dünən Kərkükə xeyli sayda Peşmərgənin göndərildiyi bildirilir.

Dünən yayılan xəbərə görə, Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib. İraqın bölgəyə daha 70 minlik güc göndərəcəyi bildirilir.

Xatırladaq ki, İraq parlamenti sentyabrın 27-də baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib. Şimali İraqda ən gərgin mübarizənin mərkəzi hökumət ilə kürd muxtariyyəti arasında mübahisəli hesab olunan Kərkük və Mosul uğrunda gedəcəyi gözlənlir.

Təxmini rəqəmlərə görə, Mosul və Kərkükdə enerji ehtiyatlarının pulla ekvivalentinin 4 trilyon dolları keçir. Dünyanın altıncı ən böyük neft ehtiyatlarına sahib olan İraqda aşkar edilən neft ehtiyatları 143 milyard kubmetrdir. Bunun 45 milyard kubmetri Mosulda, 10 milyard kubmetri isə Kərkükdədir./publika.az

© xezerxeber.az


387 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR