Panamanı Dünya Çempionatına əslində bu nənə çıxarıbmış - FOTO-VİDEO

13.10.2017 12:51

Panama Kosta-Rikanı 2-1 məğlub edərək tarixində ilk dəfə Dünya Kubokuna getməyə nail olarkən stadionda çox maraqlı hadisələr baş verib. Əslində Panamanı Dünya Kubokuna aparan futbolçular deyil, bir nənə olub.

Oyunun son dəqiqələrində Kosta-Rikanın hücumunu görən panamalı nənə meydançaya atılaraq hücumu dayandırmağı bacarıb.

Oyunun uzatma dəqiqələrində ehtimal olunan qol təhlükəsinə mane olmağı bacaran yaşlı qadın bir müddət meydançada təhlükəsizlik əməkdaşları iləd qaçdı-tutdu da oynayıb, sonra isə yaxalanıb.

Yerə yıxılaraq əlləri bağlanan "Super nənə" meydançadan çıxarılarkən Panama azarkeşlər onu ayaq üstə alqışlayıblar.

Oyun dayandığı üçün Kosta-Rikanın hücumu da boşa getdi və bundan sonra da hakim Panamanın tarixində ilk dəfə Dünya Çempionatına qatıldığını elan edən son fiti çaldı.

Panama - Kosta-Rika oyununda daha bir maraqlı vəziyyət top daşıyan uşaqla bağlı olub. Həmin uşaq Kosta-Rikalı oyunçunun autdan topu dərhal daxil etməsinin qarşısını almaq üçün qaçaraq topu tribunalara tərəf atıb./faktxəbər


© xezerxeber.az


64 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR