İsveçrə prokurorluğu “PSJ”nin prezidentini korrupsiyada şübhəli hesab edir

13.10.2017 12:07

”PSJ” futbol klubunun prezidenti Nasser Al-Xelayfi dünya çempionatını translyasiya etmək hüquqlarının alınması zamanı korrupsiyada şübhəli sayılır.

AZƏRTAC xəbər verir ki, İsveçrə prokurorluğu bu məsələ üzrə təhqiqata başlayıb. Al-Xelayfi həm də Qətərin "BeİN Sports” teleşirkətinin rəhbəridir.

Məlumata görə 2018, 2022, 2026 və 2030-cu illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının konkret ölkələrdə translyasiya edilməsi hüquqları rüşvət müqabilində satılmış ola bilər. Rüşvətxorluqda FİFA-nın keçmiş baş katibi Jerom Valk şübhəli bilinir.

İsveçrəlilər bu təhqiqatla əlaqədar Fransa, Yunanıstan, İtaliya və İspaniyadakı həmkarları ilə əməkdaşlıq edirlər.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR