Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Strateji yol xəritələri uğurla icra edilir - VİDEO

12.10.2017 20:49

2017 ci ildən etibarən ölkəmizdə icra edilməsinə başlanılan Strateji yol xəritələri islahatların sistemli və kordinasiyalı həyata keçirilməsinə şərait yaradır. Həyata keçirilən monitorinq yoxlamaları isə dövlət qurumlarının qarşısına qoyulmuş hədəflərin hansı dərəcədə həyata keçirdiyini müəyyənləşdirir və bu nəticələr mütəmadi olaraq ictimaiyyət açıqlanır. Bu isə görülən işlərin səmərəliliyini artırır.

47 dövlət qurumunun cəlb edildiyi və iqtisadiyyatın 11 sahəsinə əhatə edən Strateji yol xəritələri uğurla icra edilir.

Prezident Adminstrasiyasının İqtisadi Siyasət və Sənayə məsələləri şöbəsinin sektor müdiri Elxan Mikayılovun sözlərinə görə məhz bu sistemli və kordinasiyalı islahatlar ölkəmizdə rəqabət qabiliyətliliyin artmasına və sosial rifahın yaxşılaşdırılmasına xidmət edir. Qarşısına konkret hədəflər qoyulmuş qurumlar isə aparılan monitorinq qiymətləndirilməsi ilə əldə etdikləri nəticələri müqayisə edə bilir.

Strateji yol xəritələrinin həyata keçirildiyi 6 ayın monitorinin nəticələri onu deməyə əsas verir ki, iqtisadi planlamalar uğurlu aparılıb. Bu monitorinqlar həmdə dövlət qurumlarının hansı hədəflərə çatdığı və bundan sonra görməli olduğları işləri müəyyənləşdirdi.

Ölkəmizdə makroiqtisadi sabitliyin təminindən sonra sahibkarların və kənd təssərüfatı sektorunun maliyyə resurslarına çıxışını təmin etmək üçün ard-arda islahatlar həyata keçirildi və bu davam etməkdədir.

Bununlada aqrar sektora investisya qoyuluşlarının atırılması və bu sahənin böyük inkişafının təmin edilməsi hədəflənir. Bu isə ümumilikdə real sektorun və qeyri neft sahəsinin inkişafı deməkdir.


© xezerxeber.az


86 dəfə oxunub

ÇOX OXUNANLAR