Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Balakəndə narkotik bitkilər becərən şəxslər tutuldu - VİDEO

12.10.2017 20:44

Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Gərəkli kənd sakinləri olan Məhəmməd Nəsruddin oğlu Abdullayevin, onun qardaşları Mühüddin və Elçinin, kənd sakini Oqtay İsa oğlu Dibirovun yaşadığı evlərdə əməliyyat-axtarış tədbirləri aparılıb. Tədbir zamanı onların yaşadığı evlərin çardaq və digər saxlanc yerlərindən ümumi çəkisi 1 kq 115 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılan ilkin istintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Gərəkli kəndinin inzibati ərazisinin yaxınlığında, yüksək dağlıq ərazidə kultivasiya üsulu ilə 45 ədəd çətənə bitkisi əkiblər və evlərindən aşkarlanan marixuananı da özləri əkib-becəriblər.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

© xezerxeber.az


105 dəfə oxunub

ÇOX OXUNANLAR