Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Bakının milli brendi hazırlanır - VİDEO

12.10.2017 20:53

Paytaxtımızın mədəniyyətini, tarixini, mətbəxini bir sözlə Bakını tam surətdə təsvir edəcək brend hazırlanır. Brend milli turizm təbliğat bürosu tərəfindən ərsəyə gətirələcək. Brendin təhvil erilməsi bu ilin sonuna kimi planlaşdırılır.

Bakının milli brendi hazırlanır. Bu ilin sonuna kimi brend tam hazır olacaq. Bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Bakının brendinin yaradılması üçün işlər fəal şəkildə aparılır. Hətta bununla bağlı dünyanın ən populyar şəhərlərinin, paytaxtlarının brendlərini formalaşdıran 2 beynəlxalq şirkətlə əməkdaşlıq edilir.

Kənan Quluzadə həmçinin bildirib ki, brend yalnız loqonun hazırlanması demək deyil. Bu, konseptual bir yanaşma olacaq. Yəni biz Bakını xaricilərə necə təqdim edirik, Bakını hansı turizm bazarına hansı tərəfdən göstərmək istəyirik.

Bu brend sırf bir formada olmayacaq. Bakını tam əhatə edəcək bred bir necə formada hazırlanacaq və bir necə ildən bir dəyişiləcək.

Paytaxtın ardından digər bölgələr üçün də brendlər hazırlanacaq.


© xezerxeber.az


96 dəfə oxunub

ÇOX OXUNANLAR