6 yaşlı qızı maşın vurdu - VİDEO

12.10.2017 20:35

Oğuzda minik avtomobili magistral yolu keçmək istəyən 6 yaşlı qızı vurub. Azyaşlı dünyasını dəyişib.

Minik avtomobili yolu keçən azyaşlını vuraraq öldürüb.

Hadisə ötən axşam Qaraməryəm-İsmayıllı-Şəki magistiralının Oğuzun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. Padar kənd sakini, 6 yaşlı Duyğu Məmmədəliyeva magistral yolu keçmək istəyərkən rayonun Kərimli kənd sakini, 31 yaşlı Səyid İbrahimovun idarə etdiyi minik avtomobili onu vurub.

Yaralı ağır vəziyyətdə Oğuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR