"Barselona"nın Neymardan nə qədər qazanıb? - ŞOK MƏBLƏĞ

12.10.2017 16:50

Neymarın PSJ-yə transferindən "Barselona"nın büdcəsinə daxil olan təmiz məbləğ açıqlanıb. Bu barədə klubun icraçı direktoru Oskar Qrau açıqlama verib.

Onun sözlərinə görə, 222 milyon avroya satılan futbolçunun keçidindən klubun büdcəsinə 144 milyon avro daxil olub: "Neymar üçün ödənilən transfer məbləğini unutmalıyıq. Vergilərdən sonra 188 milyon avro gəlir əldə etdik. Klubun kassasına bu transferdən 144 milyon avro daxil oldu".

Qrua vergilərin ödənilməsindən sonra qalan 188 milyon avrodan 44 milyon avronun hara sərf olunduğunu açıqlamayıb.

Klub rəsmisi "Liverpul"dan Filip Koutinyonun transferi ilə bağlı da danışıb. Qrua bildirib ki, bu futbolçunun keçidinə yenidən cəhd edəcəklər: "Qış fasiləsində onu almağa hazırıq. Və ya məşqçilər korpusunun istədiyi başqa bir oyunçunu... Əgər yeni transfer olsa, komandadan gedənlər də olacaq".

Qeyd edək ki, "Barselona" yayda Koutinyonu almağa çalışmış, amma "Liverpul"un tələb etdiyi 200 milyon avroya görə transferdən vaz keçmişdi./fanat.az

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR