Xəstəliyi ucbatından modelə çevrilən MƏHKUM

11.10.2017 14:51

Heteroxromiya - Bu xəstəlikdən dünya şöhrətli məşhurlar Mila Kunis, David Bovie, Keyt Bosvorzun da əziyyət çəkir. Bu sağ və sol göz bəbəklərinin müxtəlif rəngdə olması ilə səciyyələnən xəstəlikdir. Heteroxromiyaya bəzən saçda və dəridə də rast gəlinir. Melanin (piqment) çoxluğu, ya da əskikliyi nəticəsində ortaya çıxır. Bu irsi də ola bilər. Genetik mozaizm, kimerizm, xəstəlik, travma kimi səbəblərdən də yarandığı görülüb.

21 yaşlı məhkum Mekhi Alante Laki də bu xəstəlikdən əziyyət çəkir. Heyvanlarda insanlardan daha çox rast gəlinən bu xəstəlikdən məharətlə istifadə edən Mekhi həbsdən çıxandan sonra modellik fəaliyyətinə başlayır.

2016-cı ildə oğurlanmış avtomobil ilə birlikdə saxlanılan Mekhi həbs olunub. Həbsxana müdiri onun bu fərqliliyini nəzərdə alaraq, üzünün xəsarət almaması üçün xüsusi tapşırıqlar verir. Həbs müddəti başa çatdıqdan sonra həbsxana rəhbərinin təlimatı ilə agentliklərdən birinə fotomodel kimi müraciət edib. Müqaviləli şəkildə işə başlayan Mekhi indi tanınmış fotomodellərlə bir səhnəni bölüşür./publika.az

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR