Xəzər Xəbər

Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edildi

Gündəm | 16:47 • 2 Oktyabr 2017
Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edildi

Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edilib.

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, bu medalda həm Azərbaycanın müstəqilliyinin, həm də polisin atributları təsvir olunacaq. Məsələ səsə qoyularaq qəbul edilib.

Xəbər lenti