Zakir Həsənov İsrail müdafiə sənayesinin aparıcı müəssisələrində olub

14.09.2017 12:58

İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib.

MN-dən xezerxeber.az-a verilən məlumata görə, müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

© xezerxeber.az


43 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR