Azərbaycana metadon keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

14.09.2017 11:59

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə Rusiya istiqamətindən daxil olan Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, yoxlama zamanı həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə - metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


168 dəfə oxunub

ÇOX OXUNANLAR