3D-printerdə sümük və orqanların çap edilməsi proqramı hazırlanır

13.09.2017 18:06

Tomskda bir qrup Rusiya alimi bioprintinq deyilən 3D-printerdə sümük və orqanların çap edilməsi proqramı üzərində çalışır və onu test edir.

AZƏRTAC "Novosti sibirskoy nauki” saytına istinadən xəbər verir ki, layihənin ayrı-ayrı sahələrində gözəl nəticələr əldə edilib. Artıq Rusiyanın aparıcı klinikaları, elmi tədqiqat institutları və idarələri alimlərin bu araşdırmalarını dəstəkləməyə razı olublar.

3D-printerdə sümük və orqanların çap edilməsi texnologiyası "Gələcəyin təbabəti” texnoloji platforması üçün Tomsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Möhkəmlik Fizikası və Materialşünaslıq İnstitutunun bazasında işlənir. Elmi dairələrin məlumatına görə, yeni texnologiya üzərində iş 2018-ci ilin əvvəlində başa çatmalıdır.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR