“Türkiyəyə silah ixracını tamamilə dayandırmağı planlaşdırmırıq”

13.09.2017 18:03

"İki ölkə arasındakı münasibətlərdə yaranan böhran fonunda Almaniya Türkiyəyə silah ixracını tamamilə dayandırmağı planlaşdırmır”.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert sentyabrın 13-də Berlində keçirdiyi brifinqdə bildirib.

O, Almaniyanın "siyasi reprersiyalara görə” Türkiyəyə silah tədarükünü kəskin ixtisar etdiyini də vurğulayıb.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR