Azarkeş Mbappeyə hücum etdi - UEFA araşdırmalara başladı

13.09.2017 16:20

Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda baş tutan "Seltik” - PSJ görüşündə (0:5) xoşagəlməz olay yaşanıb.

Qarşılaşmanın gedişində"Seltik” azarkeşi meydana daxil olaraqPSJ-in hücumçusu Kilian Mbappenin üzərinə şığıyıb. Fanat 3-cü qol vurulduqdan sonra bu addımı atıb və gənc forvarda hücum çəkib.

Lakin azarkeş Mbappeyə xəsarət yetirə bilməyib. Fanat təhlükəsizlik işçiləri tərəfindən meydandan uzalaşdırılıb. UEFA məsələ ilə bağlı araşdırmalara başlayıb.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR