Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Polis bankomatı yaranları iş başında tutdu

13.09.2017 14:49

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, həmin ünvanda quraşdırılan bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Nazirlikdən bildirilib ki, saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankamatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımı avadınlıqlar götürərək bankamatın içində olan seyfi qıraraq oğurluq etməyə cəhd göstəriblər.

Dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədən zaman istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

© xezerxeber.az


412 dəfə oxunub

XƏBƏRLƏR

16.07.2018 09:09

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR