“Seltik”in azarkeşi həbs edilib

13.09.2017 12:39

"Seltik” futbol klubu UEFA tərəfindən cəzalandırıla bilər.

Xezerxeber.az məlumat verir ki, buna səbəb odur ki, Çempionlar Liqasının qrup mərhələsində Qlazqoda "PSJ” ilə start matçı zamanı (bu oyun 5:0 hesabı ilə "PSJ”nin xeyrinə başa çatıb) "Seltik” klubunun azarkeşlərindən biri qaçaraq meydana çıxıb və parislilərin hücumçusu Kilian Mbappeni vurmağa cəhd göstərib.

Oyunun birinci hissəsinin başa çatmasına az qalmış hesab "PSJ”nin xeyrinə 3:0 olanda şotlandıyalıların fanatlarından biri qaçaraq meydana çıxıb və ikinci qolun müəllifi Mbappeni vurmaq istəyib, lakin onun zərbəsi boşa çıxıb.

Stüardlar dərhal həmin azarkeşi meydandan çıxarıblar. Az sonra polis həmin şəxsi həbs edib.

Bu insidentə görə "Seltik”in UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.

© xezerxeber.az

FOTOQALERIYA






142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR