Sabirabadda MARAQLI HADİSƏ: Unun içindən görün nə çıxdı - VİDEO

12.09.2017 20:57

Vətəndaş aldığı unun içərisindən bit çıxdığını, sahibkar isə bunun vətəndaşın qərəzli mövqeyi ilə əlaqəli olduğunu bildirir. Maraqlı hadisə sabirabad rayonunda baş verib.

Marketdən aldığı un kisəsinin içindən həşaratlar çıxıb..

Sabirabad rayon sakini Gülbala Məlikov iddia edir ki,10 kiloqramlıq un kisəsini evə aparıb açanda onun içərisində bitlərin olduğunu görüb. Gülbala Məlikov bu barədə satıcıya məlumat versədə, Onunla razılaşmayıblar.

Gülbala Məlikov deyir ki,keçən il də eyni marketdən un alanda kisənin içində qaralmış çörək çıxıb.

Unun satıldığı mağazadan isə bildirildi ki, həmin un kisəsini gətirib qaytara və dəyişdirə bilər.

Məsələ ilə bağlı istehsalçı kafkas şirkəti ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi iddiaları qəbul etməyərək bunu böhtan olduğunu məqsədin isə şirkətin nüfuzunu xələl gətirmək olduğunu dedi.


© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR