Celilabadda avtomobil heyvan surusun vurdu - VİDEO

13.08.2017 20:51

Cəlilabadda minik avtomobili yolu keçən heyvan sürüsünü vurub. Hadisə zamanı 5 baş iribuynuzlu və 10-a yaxın xırdabuynuzlu heyvan tələf olub. Şəmkirdə isə minik avtomobili piyadanı vuraraq öldürüb.

Minik avtomobili örüşdən qayıdan qayıdan heyvan sürüsünə girib, xeyli heyvan tələf olub.

Ağır qəza Ələt-Astara magistaralının Cəlilabadın Qarazəncir kəndindən keçən hissəsində baş verib. Rayonun Alar kənd sakini Məhəmməd Əliyev İdarə etdiyi minik avtomobili ilə Bakı şəhəri istiamətində hərkətdə olarkən yolu keçən heyvan sürüsün vurub. Nəticədə 5 baş iribuynuzlu və 10-a yaxın xırdabuynuzlu heyvan tələf olub.

Qəza zamanı sürücü yüngül bədən xasarətləri alıb. Lakin avtomobilə ciddi ziyan dəyib. Şahidlərinin sözlərinə görə, qəzaya avtomobilin yüksək sürtlə idarə edilməsi səbəb olub.

Şəmkirdə isə minik avtomobili piyadanı vuraraq öldürüb. Hadisə rayonun Düz Qışlaq kəndində baş verib. Kənd sakini, Ella Qasımova yolu keçmək istəyərkən minik avtomobil tərəfindən vurulub. Piayada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR