"Barselona" braziliyalı ulduzun transferini bitirdi - MƏBLƏĞ

13.08.2017 14:08

"Barselona" Paulinyonun transferini açıqlamaq üzrədi. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, "Barselona" artıq Çinin "Quanqzu Everqrande" klubu ilə anlaşıb. 25 milyonluq təklifi rədd edilən Kataloniya klubu bu dəfə 40 miyon avro təklif edilib və nəticədə anlaşma əldə olunub. Transferin yaxın günlərdə açıqlaması gözlənilir.

Qeyd edək ki, Paulinyo 2015-ci ilin yayında "Tottenhem"dən "Quanqzu Everqrande"yə 14 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 29 yaşlı yarımmüdafiəçiyə 15 milyon avro qiymət qoyub./fanat.az

© xezerxeber.az


233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR