Bakıda dəhşətli qəza: Avtomobil parçalandı

13.08.2017 12:24

Sürücülərə alternativ yol tövsiyə edilir.

Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, "Koroğlu” metrosu istiqamətində hərəkətdə olan 10 GB 200 dövlət nömrə nişanlı"Nissan Maxima” markalı avtomobil idarəetməni itirərək dəmir dirəyə çırpılıb.

Maşında tək olan sürücü hadisə yerindəcə keçinib.

Qəza nəticəsində avtomobil bir neçə yerə parçalanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

oxu.az

© xezerxeber.az


196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR