Şəmkirdə faciə: 13 yaşlı qızı maşın vurdu

13.08.2017 12:09

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman "Niva" markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR