Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Online nikah mümkün olacaq - UKRAYNADA

12.08.2017 15:02

2017-ci ilin sonuna qədər Ukraynada online qaydada nikaha girməyə və uşaqları qeydiyyatdan keçirməyə imkan verən xidmətlər yaradılacaq.

Bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman "Facebook"da yazıb.

Baş nazir bildirib ki, hazırda fiziki şəxslərin sahibkar kimi qeydiyyatdan keçməsi üçün elektron xidmətlər əhali arasında populyardır. İlin sonuna qədər isə başqa xidmətlər istifadəyə veriləcək: "Elektron xidmətlərin tətbiqi hökumətin prioritetlərindən biridir. Elektron idarəetmə üzrə Dövlət Agentliyi bu istiqamətdə məhsuldar çalışır. İlin sonuna qədər daha bir neçə online-xidmətlər - məsələn, online nikah və uşaq qeydiyyatı tətbiq olunacaq".

V. Qroysman ukraynalılara elektron imzalarını qeydiyyatdan keçirməyi də tövsiyə edib. /lent.az

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR