"Barselona"nın PSJ-dan qisası ağır olacaq

12.08.2017 14:33

Neymarı 222 milyon avroya PSJ-yə satan "Barselona"nın axtarışları davam edir. Kataloniya klubu sürpriz transfer həmləsi edib.

"Marca"nın iddiasına görə, "Barselona" rəhbərliyi PSJ-dən Angel Di Mariyanı heyətinə qatmağa çalışır. "Liverpul"dan Filip Koutinyo və "Borussiya"dan (Dortmund) Osman Dembele üçün etdiyi təkliflər qəbul olunmayan Kataloniya təmsilçisi heyətini argentinalı ulduzla gücləndirmək istəyir. Neymar üçün 222 milyon avro xərcləyən PSJ-nin də UEFA-nın "Maliyyə Fair-Play

Qeyd edək ki, "Real" 2010-cu ildə "Benfika"dan 33 milyon avroya aldığı Di Mariyanı 4 il sonra "Mançester Yunayted"ə 75 milyona satmışdı. PSJ isə 2015-ci ildə onu 63 milyon avroya transfer etmişdi.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR