Xəzər Xəbər

Azərbaycanda çay daşdı, insanlar yolda qaldı VİDEO

Veb TV | 20:54 • 24 İyun 2017
Azərbaycanda çay daşdı, insanlar yolda qaldı

Qəbələdə tikanlı çayda bir neçə gün əvvəl yaranan sel 10- a yaxın kəndə gedən yolu dağıdıb. Kəndlilər rayon mərkəzinə gəlmək üçün çay üzərindən ağır yük maşınları ilə keçirlər.

Güclü yağışlardan sonra yaranan sel Tikanlı çayının üzərində olan körpünü yuyub aparıb.

Görüntülər Qəbələdəndir. Seldən sonra Tikanlı-Bum yolu baglanıb. 10 kəndin sakinləri gediş gəlişi agır yük maşınlarından istifadə etməklə təmin edə bilirlər. Sakinlərin sözlərinə görə alternativ yol 50 km uzundur.

Yük maşını ilə çayı keçmək 1 manatdır. Pul vermək istəməyənlər bu kənd sakini kimi sürətlə axan suyu yalın ayaq keçmək məcburiyyətindədir.

Qəbələ rayon İcra Hakimiyyətindən bildirdilr ki, Tikanlı çayının yaatağının daha geniş olmasına görə burada böyük körpü salınmalıdır və bu müvafiq qaydada işlənilərək tikintisi Dövlət proqramına salınıb. Proqram əsasında həmin çayın üzərində körpü nəzərdə tutulur.


Xəbər lenti